Əri Günayın gecə gəzməsindən danışdı

eri-gunayin-gece-gezmesinden-danisdi
Oxunma sayı: 2601



“Qafqazinfo”nun məlumatına görə, “Posta” qəzetinə müsahibə verən aktyor Musayevanın model olduğunu, dostları ilə görüşməsini normal qarşıladığını bildirib: “Bir qadının həyat yoldaşı “Survivor”da iştirak edirsə, o əri əsgərlikdəymiş kimi yas saxlamamalıdır. Təbii ki, dostları ilə gecə gəzməyə çıxacaq. Yarışmaya getməmişdən əvvəl biz Günayla hər şeyi danışdıq. “Əri “Survivor”da, özü gəzməklərdə” başlıqlı xəbərlər çıxdı. Bu qadın modeldir, dostlar. Əri ölmədi ki, müsabiqədə idi”.

Karel daha sonra ev əşyalarının müsadirə olunması haqda yayılan xəbərlərə də aydınlıq gətirib: “Bu hadisə də mətbuatda başqa cür yayımlandı. Yarışmaya getməmişdən əvvəl Günayın və oğlumun xərclərini ödəyəcək qədər evdə pul qoymuşdum. Müsadirə məsələsi isə köhnə söhbətdir və haqsız yerə istənilən pulu vermədim. Ona görə də yoxluğumu fürsət biliblər. İndi heç bir problem yoxdur, bu məsələ ilə vəkillərim maraqlanır”.