“Ərimi nə hala saldınız!” - Aktyorun arvadından sitəm

erimi-ne-hala-saldiniz
Oxunma sayı: 5630

Aktyor Tolqahan Sayışman yeni serialı üçün məşqlərə davam edir.

“Qafqazinfo” xəbər verir ki, serial üçün boks dərslərinə başlayan aktyorun bədənində göyərmələr meydana gəlib. Tolqahanın xanımı Almeda Abazi ərinin fotosunu İnstaqramda paylaşaraq onu bu hala gətirənlərə sitəm edib: “Yaxşı, boks dedik, serial dedik, onu-bunu dedik. Amma bu nə haldır? Ərimi nə hala qoydun, Çempion!”.

Qeyd edək ki, Sayışman “Şampiyon” serialında çəkilir.