Erməni boksçunu nokauta saldıq

ermeni-bokscunu-nokauta-saldiq
Oxunma sayı: 654

70 kq çəki dərəcəsində mübarizə aparan Şamil Əliyev Koryun Papoyanı 18:12 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu artıq qitə birinciliyində boksçularımızın erməni rəqibləri üzərində 4-cü qələbəsi olub. Buna qədər Elnur Şəfizadə, Məhəmmədəli Tahirov və Orxan Əliyev Ermənistan boksçularını məğlub etmişdilər. Digər idmançılarımıza gəlincə, Cavid Quliyev (60 kq) Belarus nümayəndəsi Vitali Fyodorov üzərində 15:7 hesabı ilə qələbə qazanıb. Bu qələbə boksçumuzun ¼ finala yolunu açıb.

Təssüff ki, 75 kq çəki dərəcəsində yarışan Nicat Sadıqov Belarusun digər təmsilçisi Nikita Samtsovu üstələyə bilməyib. 1 xalla rəqibinə uduzan (12:13) boksçumuz Avropa birinciliyindən kənarda qalıb. Ən ağır çəkili boksçumuz (80+kq) Məhəmmədəli Tahirovun da bəxtinə Belarus boksçusu düşüb. Ancaq milli komandamızın üzvü Kiril Xarlanovun öhdəsindən gələ bilib. 13:7 hesabı ilə qalib gələn həmyerlimiz yarımfinala vəsiqə qazanıb. Bu gün Avropa çempionatında ¼ final mərhələsinin döyüşləri keçiriləcək. Yarışa isə iyunun 30-da yekun vurulacaq.