Erməni deputatlar yenə Bakıya gəlir

ermeni-deputatlar-yene-bakiya-gelir
Oxunma sayı: 875

 

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan Milli Məclisindən APA-ya verilən məlumata görə, erməni deputatlar ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək 23-cü yay sessiyasında iştirak edəcəklər.

 Nümayəndə heyəti Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan, deputatlar Stepan Dəmirçyan, Stepan Marqaryan və Levon Doxolyandan ibarətdir.

Qeyd edək ki, ATƏT PA-nın Bakı sessiyası iyunun 28-dən iyulun 2-nə qədər keçiriləcək. İyunun 28-29-da komitə iclasları olacaq, iyulun 1-də isə assambleyanın yay sessiyasının plenar iclası başlayacaq.

 İyunun 30-da isə Ukrayna ilə bağlı debatların keçirilməsi gözlənilir