Erməni qadın deputat modelliyə başlayır

ermeni-qadin-deputat-modelliye-baslayir
Oxunma sayı: 986

Ermənistan parlamentinin deputatı Naira Zöhrabyan yaxın zamanlarda model kimi fəaliyyət göstərəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Qraparak” qəzeti yazıb.

Qəzetin məlumatına görə, millət vəkili erməni modelyerə məxsus “Şadoyan feyşn”lə əməkdaşlıqdan sonra Fransanın məşhur zərgərlik şirkətlərinin birindən təklif alıb. Ona şirkətin üzü olmaq və məhsullarını nümayiş etdirmək təklif edilib.

Layihənin bu ilin martında həyata keçiriləcəyi bildirilir.