Ermənilərin yaraladığı 13 yaşlı Ramin danışdı - Video

ermenilerin-yaraladigi-13-yasli-ramin-danisdi
Oxunma sayı: 891

Ermənilərin yaraladığı 13 yaşlı Ramin danışıb.

“Qafqazinfo” ARB 24-ə istinadən xəbər verir ki, hadisə avqustun 7-də axsam saatlarında kənd sakini 13 yaşlı Ramin Yusifovun atla ot gətirdiyi zaman baş verib. 

Bədənində çoxsaylı qəlpə yarası alan Ramin Yusifov dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Yaralı yeniyetmə əməliyyat olunub,vəziyyəti normaldır.

Raminin atası Sabir Yusifov deyir ki, 2-ci dəfədir ki, uşağa ermənilər güllə atır. Dinc əhaliyə imkan vermirlər ki, çölə çıxsınlar. 

Ramin isə bildirib ki, güllə yanına düşüb partlayıb: “Qılçama çoxlu qəlpə dəydi, mən də tez evə qaçdım”.