Ermənistan hakim koalisiyası prezidentliyə namizədini rəsmən irəli sürdü

ermenistan-hakim-koalisiyasi-prezidentliye-namizedini-resmen-ireli-surdu
Oxunma sayı: 1281

Ermənistanın hakim koalisiyası –Respublikaçılar partiyası və Erməni İnqilabçı Federasiyası “Daşnaksütyun” ötən gün prezidentliyə namizədinin adını rəsmən irəli sürüb.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, həmin şəxs, daha əvvəl də mətbuatda adı keçən Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyandır. 

Qeyd edək ki, onun adı indiki prezident Serj Sarkisyan tərəfindən də irəli sürülüb.