Ermənistan ordusunun daha bir əsgəri öldü

ermenistan-ordusunun-daha-bir-esgeri-oldu
Oxunma sayı: 819

Ermənistanın hərbi hissələrindən birində növbəti dəfə əsgər ölümü baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Müdafiə nazirinin mətbuat katibi Artsrun Ovannisyan “Facebook” səhifəsində yazıb: “Dərin kədər hissi ilə bildirirəm ki, bu gün Ermənistan Silahlı Qüvvələrində 1999-cu il təvəllüdlü kiçik çavuş Ararat Simonoviç Xeçumyan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib”.

Nazirlik əsgərin ölümü ilə bağlı başsağlığı verib.