Ermənistan prezidenti Kəlbəcərdə - Foto

ermenistan-prezidenti-kelbecerde
Oxunma sayı: 4777

İşğal altındakı Azərbaycan torpaqlarında səfərdə olan Ermənistan prezidenti Armen Sarkisyan qədim Xudavəng abidəsini ziyarət edib.

“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, Sarkisyan Kəlbəcərdə yerləşən Xudavəng monastr kompleksində (Dadivank) olub. Prezident DQR yeparxiyasının arxiyepiskopu Parqev Martirosynanın müşayətilə monastıra baxış keçirib. O, daha sonra turist və ziyarətçilərlə söhbət edərək şəkil çəkdirib.

Aysel Kərimova