“Ermənistan qoy bunu eşitsin”

ermenistan-qoy-bunu-esitsin
Oxunma sayı: 646

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. O bildirib ki, Milli Məcilisin üzvü Xanhüseyn Kazımlı təşəbbüş irəli sürdü ki, beynəlxalq qiymətləndirmə təşkilatlarını cəlb etməklə bu vurulan ziyanı yenidən hesablamaq təklifi verək: “Ölkə rəhbəri bizə bu tapşırığı verdi və biz bu məsələni araşdırdıq, müəyyən tədbirlər həyata keçirilib və bu proses davam edir. Beynəlxalq qiymətləndirmə təşkilatları vasitəsi ilə bu araşdırmalar aparılır və davam edir. Hazırda, hələ ilkin hesablamalara görə, əvvəl vurulmuş ziyanla son 20 ildə vurulmuş ziyan artıq 300 milyard dollardan yuxarı çıxıb və bu daha da çox olacaq. Ona görə, Ermənistan tərəfi qoy bunu eşitsin, nə vaxtsa onlar bunu ödəməyə məcbur olacaqlar. Ancaq Ermənistanın dövlət büdcəsi bu gün 3 milyard dollardır. Təsəvvür edin ki, sabah Azərbaycan tərəfi, Azərbaycan hökuməti bütün bu təzminatları beynəlxalq təşkilatlara təqdim edəcək. İstər-istəməz Dağlıq Qarabağ problemi tez və ya gec həll olunsa da Azərbaycan hökumətinin bütün bu tələblərini beynəlxalq qurumlara təqdim edəcək və Ermənistan bunu necə ödəyəcək, bunun öhdəsindən gələcək? Bu çox böyük sual altındadır. Ona görə, Ermənistan tərəfi bütün bunları nəzərə alaraq bir konstruktiv mövqeyə gəlməlidir, əgər təbii ki, bunlar bir konstruktiv mövqeyə gələrsə, ölkələr arasında sülh müqaviləşsi imzalanarsa, barışıq prosesi başlayarsa, geriyə qaydışış prosesi başlayarsa, Azərbaycan tərəfi ola bilər o təzminatlarda müəyyən güzəştlərə gedə bilər. Əks halda Azərbaycan hökuməti bütün bu iddiaları təqdim edəcək”.

Günel