Ermənistan yekun qərar verəcək

ermenistan-yekun-qerar-verecek
Oxunma sayı: 1001


“Qafqazinfo”nun APA-ya istinadən xəbər verir ki, bu barədə  Ermənistan Konstitusiya Məhkəməsinin rəsmi saytında dərc olunmuş məlumatda bildirilir. 

Məlumata görə, Konstitusiya Məhkəməsinin iclası səhər saat 10.00-da başlayacaq. Konstitusiya Məhkəməsi Ermənistanın AİB-ə qoşulması haqqında müqaviləni dəstəkləyəcəyi halda, sənəd ratifikasiya olunması üçün parlamentə təqdim olunacaq.  

Qeyd edək ki, Rusiya, Belarus və Qazaxıstan bu ilin may ayında 2015-ci ilin yanvarın 1-dən Avrasiya İqtisadi Birliyinin yaradılması haqqında müqavilə imzalayıb və ratifikasiya ediblər. AİB-ə Ermənistanında daxil olması barədə müqavilə isə oktyabrın 10-da  Minskdə imzalanıb.