Ermənistanda daha bir nəfər “donuz qripi”ndən ölüb

ermenistanda-daha-bir-nefer-donuz-qripinden-olub
Oxunma sayı: 645

Ermənistanda “donuz qripi”ndən daha bir ölüm faktı qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Ötən həftə sonu adı və yaşı açıqlanmayan qadın H1N1 virusundan dünyasını dəyişib.

Fevralın 4-nə olan statistikaya əsasən, xəstəxanalara ümumilikdə 1275 nəfər kəskin respiratorlu virus infeksiyası şikayəti ilə müraciət edib. Onlardan 781-i xəstəxanaya yerləşdirilib və 92,8 faizini uşaqlar təşkil edib. 

Qeyd edək ki, bununla da, Ermənistanda H1N1 virusundan ölənlərin sayı 3-ə çatıb.