Ermənistanda hərbçilərin olduğu maşın aşıb

ermenistanda-herbcilerin-oldugu-masin-asib
Oxunma sayı: 700

Ermənistanda hərbçilərin olduğu avtomobil qəzaya düşüb.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, “Ford” markalı avtomobil bu gün səhər saatlarında elektrik dirəyinə çırpılıb. 

Hərbçi olan sürücü və sərnişin xəstəxanaya yerləşdiriliblər. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.