Ermənistanda növbədənkənar seçkilərin tarixi açıqlandı

ermenistanda-novbedenkenar-seckilerin-tarixi-aciqlandi
Oxunma sayı: 1698

Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi tarix açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan məlumat verib. 

O, jurnalistlərə açıqlamasında seçkilərin dekabrın 9-na planlaşdırıldığını deyib.

Qeyd edək ki, bu gün Ermənistan parlamentində baş nazir postu uğrunda ikinci seçki keçiriləcək. Əgər bu dəfə də yeni baş nazirin namizədliyi təsdiq olunmasa, parlament buraxılacaq və növbədənkənar seçki keçiriləcək.