Ermənistanda rus əsgəri öldürən İŞİD-çiyə 22 il həbs verildi

ermenistanda-rus-esgeri-olduren-isid-ciye-22-il-hebs-verildi
Oxunma sayı: 1499

Ermənistanın Gümrü şəhərində keçən il aprelin 22-də öldürülən rusiyalı hərbçi Dmitri Yalpayevin qatili Arman Cancuqazyanın cəzası bəlli olub.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, erməni qatilə 22 il həbs cəzası verilib. O, 20 il qətlə, 2 il isə soyuq silah daşıdığına görə məhkum olunub. 

Məlumata görə, Cancuqazyan İŞİD terror təşkilatının üzvü olub və əsgəri üzvü olduğu təşkilatın internet vasitəsilə razılığını alaraq öldürüb.