Ermənistandan gələn it 4 azərbaycanlını yaraladı- - Fotolar

ermenistandan-gelen-it-4-azerbaycanlini-yaraladi-
Oxunma sayı: 3072


Tez-tez atəşkəsin pozulduğu Tovuz rayonun Əlibəyli kəndi bu dəfə vəhşi itin hücumuna məruz qalıb.

“Qafqazinfo”nun xəbərinə görə, kənd icra nümayəndəsi Valeh Rzayev APA-ya bildirib ki, bu gün günorta saatlarında kənddə peyda olan vəhşi it kənd sakinlərinə hücum edib. Nəticədə Əlibəyli kəndinin 4 sakini, 42 yaşlı Əli Hüseynov, 50 yaşlı Müzəffər Məmmədov, 64 yaşlı Göyçək Mehdiyeva və onun 74 yaşlı həyat yoldaşı Həsənəli Allahverdiyev xəsarət alıblar. Onlardan ikisi, 50 yaşlı Müzəffər Məmmədov sağ ayağından və 64 yaşlı Göyçək Mehdiyeva sağ əlindən itin dişləməsi nəticəsində xəsarət alıb. İt dişləyən sakinlər dərhal Tovuz rayon Mərkəzi xəstəxanasına çatdırılıblar və onlara quduzluq əleyhinə peyvənd vurulub. 

Valeh Rzayevin vəhşi itin Ermənistan tərəfindən Əlibəyliyə keçdiyini və artıq onun zərərsizləşdirildiyini bildirib. Müsahib əvvəlki illərdə də belə hallar baş verdiyini, Ermənistan tərəfdən vəhşi heyvanlar kəndə keçərək iri və xırda buynuzlu heyvanlara xəsarət yetirdiyini bildirib.