Ermənistandan Rusiyaya toyuq qadağası

ermenistandan-rusiyaya-toyuq-qadagasi
Oxunma sayı: 1263

Ermənistana Rusiyanın Stavropol və Krasnodar diyarlarından gələn toyuqların və digər toyuq ətlərinin idxal edilməsi qadağan edilib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu haqda Ermənistanın qida məhsullarının təhlükəsizliyi üzrə Dövlət xidməti məlumat verib.

“Qadağa Rusiyanın sözügedən subyektlərində quşlarda Nyukasl xəstəliyinin aşkar olunmasından sonra qoyulub” – məlumatda deyilir.