“Eşkiya”nın qəhrəmanı deputatlığa namizəd oldu

eskiyanin-qehremani-deputatliga-namized-oldu
Oxunma sayı: 1842

Türkiyənin ATV kanalında yayımlanan “Eşkıya dünyaya hükümdar olmaz” serialının qəhrəmanı Seda Yıldız deputat olmaq istəyir. 

“Qafqazinfo” xəbər verir ki, reytinqli layihədə “Reşit” obrazı ilə daha da populyarlaşan 56 yaşlı aktyor “İYİ” partiyasından namizədliyini irəli sürüb. 

S. Yıldız namizədlik müraciətini edərkən partiyaya məxsus döş nişanını da yaxasına taxıb, sosial şəbəkədə paylaşıb. 

Qeyd edək ki, aktyor “Kurtlar Vadisi Pusu”, “Cesur Yürek”, “Kaybolan Yıllar”, “Çiçek taksi” kimi məşhur seriallarda rol alıb.