Əvəz Zeynallıya 9 il iş verildi

evez-zeynalliya-9-il-is-verildi
Oxunma sayı: 664

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallıya hökm oxunub.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə keçirilən məhkəmə prosesinda baş redaktora 9 il həbs verilib.

Qeyd edək ki, ötən məhkəmə prosesi zamanı prokuror Ramazan Hadıyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin qaldırdığı AR CM-nin 311, 306 və 213-cü maddələrində nəzərdə tutlmuş ən yüksək cəza – azadlıqdan məhrum edilməklə 11 il iş kəsilməsini istəmişdi.

Xatırladaq ki, Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-dən həbsdədir. O, sabiq deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istəmək ittihamı ilə həbs olunub.