Evra futboldan uzaqlaşdırıldı

evra-futboldan-uzaqlasdirildi
Oxunma sayı: 2791

“Marsel”in müdafiəçisi Patris Evra “Viktoriya” ilə Avroliqa matçında azarkeşə təpik atdığı üçün cəzalandırılıb.

“Qafqazinfo” xəbər verir ki, UEFA 36 yaşlı müdafiəçini futboldan 8 ay müddətinə uzaqlaşdırılıb.

Evra 30 iyun 2018-ci ilə qədər futbol oynaya bilməyəcək. Fransalı müdafiəçi 10 min avro da pul cəriməsi ödəməli olacaq.

Bu qərardan sonra “Marsel” klubu Evra ilə müqaviləyə xitam verildiyini açıqlayıb.