Əxlaqsızlıq yuvası aşkarlanıb

exlaqsizliq-yuvasi-askarlanib
Oxunma sayı: 2417


“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, Bakı şəhər sakinləri Aygün və Səadət Əlizadələrin də gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etmələri aşkarlanıb.

***

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Yasamal rayonu Z. Xəlilov küçəsindəki “ZenitBet” adlı klubda Bakı şəhər sakini Rafiq Əlişovun qanunsuz futbol mərc oyunları təşkil etməsi müəyyən edilib. “Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, oraya baxış zamanı 1 ədəd kompyuter, 2 ədəd monitor, 6835 manat dəyərindəki 86 ədəd üzərində “ZenitBet” yazılmış kupon qəbzlərin kötükləri, 254 manat və 100 ABŞ dolları aşkar edilərək götürülüb.

***

İyulun 17-də Siyəzən rayonu ərazisində Sabirabad rayon sakini Elnur Əliyevi elektrik cəryanı vurub. “Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, E. Əliyev hadisə nəticəsində ölüb.