Eynulla Fətullayev atası ilə ABŞ-a gedir

eynulla-fetullayev-atasi-ile-abs-a-gedir
Oxunma sayı: 639

Alınan dəvətdə bildirilib ki, Eynulla Fətullayev bu mükafata ötən il layiq görülüb, lakin həbsxanada olduğu üçün onu ala bilməyib: “İndi Sizin öz mükafatınızı almaq imkanınız var. HərilkeçirilənmətbuatazadlığınagörəBeynəlxalqMükafatın 21-ci təqdimatınoyabrın 22-dəNyuYorkdaUoldorf-Astoriya mehmanxanasında veriləcək təntənəli şam yeməyi zamanı olacaq. Dünyanın müxtəlif ölkələrindən mükafat laureatları KİV-in mətbuat azadlığı uğrunda mübarizədə birliyini nümayiş etdirəcək bu tədbirdə fəxri qonaqlar olacaqlar”, deyə dəvətnamədə qeyd edilib.
Baş redaktor dəvəti məmnuniyyətlə qəbul edib və səfərə atası ilə birlikdə getmək niyyətindədir.O, deyib ki, ABŞ-dan Andrey Saxarov adına mükafat laureatlarının iştirakı ilə hüquq müdafiəçilərinin Brüsseldə keçiriləcək konfransına yola düşəcək. Müvafiq dəvət Avropa Parlamentinin rəhbəri Yeji Buzekdən daxil olub: “Nyu Yorkda jurnalist həmkarlarımla və dünya kütləvi informasiya vasitələrinin nümayəndələri ilə medianın inkişafı və jurnalistlərin hüquqlarının müdafiəsi ilə bağlı aktual məsələləri müzakirə etməyi planlaşdırıram.Brüsseldə məşhur hüquq müdafiəçilərini, vətəndaş cəmiyyəti fəallarını və beynəlxalq mətbuat nümayəndələrini Azərbaycanda demokratik ictimaiyyətin qarşılaşdığı problemlər barədə məlumatlandırmağa ümid edirəm”.