Facebook istifadəçilərinin maddi vəziyyətini araşdıracaq

facebook-istifadecilerinin-maddi-veziyyetini-arasdiracaq
Oxunma sayı: 1011

Facebook insanların maddi vəziyyətinə görə reklam təklif edəcək.

“Qafqazinfo”nun “teknolojioku”ya istinadən xəbər verir ki, Facebookun lisenziyasını aldığı yeni texnologiya insanların təhsil vəziyyətini, internetdən istifadə məlumatlarını toplayaraq sosial vəziyyətlərini təyin edəcək.

Facebook yeni texnologiyasını reklamlarını doğru istifadəçilərə çatdıra bilməsi üçün istifadə edəcəyini və bunun üçün də alqoritmlərini daha yaxşı inkişaf etdirəcəyini açıqlayıb.

İnsanların səyahət keçmişi, nə cür cihazlardan, hansı internet resurslarından istifadə edildiyi kimi bilgilərin toplanacağı gözlənilir. Bununla bərabər istifadəçilərə gəlirləri haqqında sual verilməyəcəyi də bildirilib. 

Ülviyyə