Fatimə basqından danışdı - - "yaxşı haldır"

fatime-basqindan-danisdi-
Oxunma sayı: 1224


“Qafqazinfo”nun məlumatına görə, “İctimai” radionunun “Şose 90” verilişinə qatılan rəqqasə başına gəlmiş hadisə barədə bu sözləri deyib: “Bir neçə gün öncə tələbələrimlə birgə çəkilişə getmişdim. Elə həmin çəkilişdən çıxdım, gördüm ki, avtomobilimə basqın ediblər, çantamı götürüblər. Bu hadisəni törədənlər hələ tutulmayıb. Amma hadisə baş verən ərazidə videokameralar var. İnanıram ki, bu hadisəni törədənlər qanun qarşısında cavab verəcəklər”.

Rəqqasə proqram zamanı avtomobil idarə etməsindən də danışıb: “Əvvəllər maşını sürətlə sürürdüm. Amma sonralar, yəni son bir iki ildə yavaş sürürəm. Çünki hazırda sürdüyüm maşından öncə avtomobilim yolun ortasında yanaraq külə dönmüşdü. Həmin hadisədən sonra ehtiyat etməyə başlamışam. Həm də evdə anam mənə dəfələrlə tapşırıb ki, diqqətli olum. Mən də onun dediklərinə əməl edirəm. Bir də onu deyim ki, mən tez bədnəzərə gəlirəm. Amma mənə gələn hər zaman maşınıma gəlir. Bu hardasa yaxşı bir haldır. Allah canıma dəyməsin, qalan hər şey boşdur”

Onu da əlavə edək ki, F.Fətəliyevanın avtomobilinə naməlum şəxslər iyunun 16-da  Abdulla Şaiq küçəsində,  “Qorodok” restoranının yanında basqın ediblər. Hadisə günorta saatlarında baş verib.