Fazil Mustafa Arif Hacılı və Nemət Pənahlıya azadlıq istədi

fazil-mustafa-arif-hacili-ve-nemet-penahliya-azadliq-istedi
Oxunma sayı: 656

“Qafqazinfo”nun “Mediaforum”a istinadən verdiyi məlumata görə, deputat Vəkillər Kollegiyasında islahatların aparılmasının, rəhbər dəyişikliyinin vacib olduğunu vurğulayıb.
Deputat Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsində rolu olan Arif Hacılı, Nemət Pənahlı və başqalarının həbsdən buraxılmasını təklif edib: “Bu yaxınlarda sabiq prezident Ayaz Mütəllibovun ölkəyə qayıtmasına icazə verildi. Müstəqilliyin 20 illiyi ilə əlaqədar həbsdə olanların bağışlanması alicənab addım olardı”.