Bu gecə Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulacaq.
“Qafqazinfo” xəbər verir ki, Türkiyə təmsilçilərindən “Fənərbağça” səfərdə ilk oyunda qalib gəldiyi “Zenit”lə qarşılaşır.
“Zenit” dördüncü dəqiqədə yarımmüdafiəçi Ozdoyevin erkən qolu ilə 1:0 önə keçdi.
***
“Zenit” Serdar Azmounun 37-ci dəqiqədə vurduğu qolla üstünlüyü 2:0-a yüksəltdi.
***
“Fənərbağça” 43-cü dəqiqədə Mehmet Topalın qoluyla fərqi bir topa endirdi.
***
Qarşılaşmada ilk hissə başa çatdı.
***
76-cı dəqiqədə Serdar Azmounun qolu ilə hesab 3:1 oldu.
***
Oyun "Zenit"in qələbəsi ilə başa çatdı.