FHN-i gözlədilər, gəlmədi

fhn-i-gozlediler-gelmedi
Oxunma sayı: 651

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, hakim Elxan Əmirəliyevin, Fikrət Mehtiyev və İxtiyar Abuşovun sədrliyi ilə 6 qrup olmaqla 42 nəfərin iddiasına baxılıb. Məhkəmədə iddiaçılarla yanaşı onların nümayəndəsi, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev və İmişli rayon İcra Hakimiyyətinin əməkdaşı iştirak edib. Cavabdeh tərəflər FHN- nin və Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələri məhkəmədə iştirak etməyiblər. Dövlət qurumlarının məhkəmədə iştirak etməmələri iddiaçılarda haqlı narazılığa səbəb olub.

Məhkəmənin gedişində hər bir iddiaçının işi ilə bağlı ayrıca dinləmələr və müzakirələr aparılıb. İddiaçılar çıxış ediblər. Bəzi iddiaçılar öz çıxışlarında onlara dəyən ziyan və daşqınlardan ötən müddət ərzində aidiyyatı qurumlar tərəfindən problemlərinin həlli istiqamətində gərəkli addımlar atılmadığını bildiriblər. Bəzi iddiaçılar isə öz çıxışlarında dəyən ziyanla bağlı son günlər FHN tərəfindən evlərin bərpa gücləndirilməsi və təmiri ilə bağlı komepnsasiyaların verildiyini bildirərək bu məbləğlə onlar evlərinin təmir etdirilməsi, əvvəlki vəziyyətə gətirilməsinin mümkün olmadığını bildirdilər. Bir neçə iddiaçı isə FHN tərəfindən evinin tikildiyini və kompensasiya aldığını bildirərək iddiasından imtina edib. Məhkəmənin sonunda hakim son günlər vətəndaşlara verilən kompensasiyaların təyinatı, eləcə də digər vətəndaşların problemləri barədə FHN- nin mövqeyini dəqiqləşdirmək üçün sözü gedən nazirliyə rəsmi sorğu göndərməyi qərara aldı və öz qərarını elan edib. Növbəti məhkəmə prosesi 2013- cü ilin yanvar ayında keçiriləcək.