““Formula 1” 2023-cü ilə qədər Bakıda keçiriləcək”

formula-1-2023-cu-ile-qeder-bakida-kecirilecek
Oxunma sayı: 3081

"Formula-1 və Gənclər və İdman Nazirliyi arasında yeni müqavilə imzalanıb".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri nazir Azad Rəhimov deyib. O bildirib ki, müqaviləyə əsasən, Azərbaycan yarışları 2023-cü ilə qədər təşkil edəcək:

"Yeni müqaviləyə imza atılıb və bunu rəsmi şəkildə Formula-1-in saytında görmək olacaq. Bu isə o deməkdir ki, müqavilə daha 3 il artırılır. Əvvəlki müqaviləyə görə yarış 2020-ci ilə qədər təşkil ediləcəkdi".

"Formula 1" Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri Bakı Şəhər Halqası ilə 2023-cü ilə qədər imzalanan yeni müqavilədən danışıb. O, Bakı qran-prisinin xüsusi yerə sahib olduğunu bildirib: "Biz bu müqavilədən şadıq və önəm veririk. Azarkeşlər Bakı qran-prisini xüsusi bəyənirlər. Yeniliklər var, yeni pilotlar var".

Elsevər

Fotolar: Nuran Məmmədov