Fotoqraf - jurnalist vəfat etdi

fotoqraf-jurnalist-vefat-etdi
Oxunma sayı: 2750

Jurnalist, “Exo” qəzetinin fotoqrafı Samir Əliyev vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, “Exo” qəzetinin redaksiyasından APA-ya verilən məlumata görə, S. Əliyev səhər saatlarında uzun sürən xəstəlikdən dünyasını dəyişib. O, Zabrat qəbiristanlığında dəfn olunacaq.
 
Qeyd edək ki, S. Əliyev 1975-ci ildə doğulub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarixi fakültəsini bitirib. Bir müddət “Zerkalo” qəzeti ilə əməkdaşlıq edib. 2001-ci ildən “Exo” qəzetində həm jurnalist, həm də fotoqraf kimi fəaliyyət göstərib. Bir neçə il əvvəl həkimlər ona qanın mieloleykozu diaqnozunu qoyublar.