Fransada aksiyalarda 25 nəfər yaralandı - Fotolar+Video

fransada-aksiyalarda-25-nefer-yaralandi
Oxunma sayı: 1677

Fransada yanacağın qiymətinin qalxması əleyhinə başlayan etiraz aksiyalarında 106 min nəfər iştirak edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, “sarı jiletlilər” adı altında başlayan mitinq ölkənin ütün şəhərlərini bürüyüb. Parisdə 8, Yeliseydə isə 5 min nəfərə küçələrə çıxıb. Polis etirazçılardan 130 nəfəri saxlayıb. Etiraz aksiyalarında 5-i polis olmaqla 25 nəfər yaralanıb. Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnağından istifadə edib. 

Qeyd edək ki, yanvarın 1-dən etibarən Fransada benzinin qiyməti bir litrə görə 2,9 avrosent, dizelinki isə 6,5 avrosent olacaq.