Fransada qatar relsdən çıxdı

fransada-qatar-relsden-cixdi
Oxunma sayı: 1476

Fransanın Marsel şəhərində sərnişin qatarı relsdən çıxıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı qatarda 350 sərnişin olub. Onlardan heç biri xəsarət almayıb. Qəzada ölən və yaralananın olmamasına səbəb isə qatarın stansiyaya aşağı sürətdə yaxınlaşması olub.

Səfəri gerçəkləşdirən şirkət sərnişinlərə kompensasiya olaraq pulsuz səyahət təşkil edib.