Fransızın Bakıdakı qiyaməti

fransizin-bakidaki-qiyameti
Oxunma sayı: 640

Səbail rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, dekabrın 20-dən 21-nə keçən gecə, saat 01:00 radələrində Bülbül prospekti, 14 ünvanında yerləşən "B 52" gecə klubunun qarşısında Azərbaycana qonaq gəlmiş 1954-cü il təvəllüdlü Fransa vətəndaşı Maqsud Məqbiyə döyülüb.

Məlumata görə, Fransa vətəndaşı gecə klubunun müdiri 1980-ci il təvəllüdlü Rahib Ağayev tərəfindən döyülüb.

Faktla bağlı Polis İdarəsində cinayət işi başlanıb.