Futbol yerinə, əlbəyaxa dava

futbol-yerine-elbeyaxa-dava
Oxunma sayı: 640

Əsasən, “İnter”in hücumçusu Baçana Sxadadze ilə “Xəzər Lənkəran”ın oyunçusu Elnur Allahverdiyev əlbəyaxa döyüşə çıxıb.

Bundan başqa, "Xəzər Lənkəran"ın malili yarımmüdafiəçisi Sadio Tounkara mülki şəxs tərəfindən təhqir olunub. Bu məqam "Xəzər Lənkəran" rəsmilərinin narahatçılığına səbəb olub. Hətta oyundan sonra keçirilən mətbuat konfransında da lənkəranlıların baş məşqçisi Yunis Hüseynov narazılığını ifadə edib: "Sadio Tounkaranı mülki geyimli şəxs təhqir etdi. Bu, təsiredici haldır".