Futbolçular kubokun finalına çıxmaq istəmirlər

futbolcular-kubokun-finalina-cixmaq-istemirler
Oxunma sayı: 1634

“Sportinq”in bir qrup azarkeşinin komandanın məşqi zamanı bazaya gələrək, futbolçulara hücum etməsi, onlara xəsarət yetirməsi barədə məlumat vermişdik.

"Qafqazinfo" xəbər verir ki, fanatlar komandanın Çempionlar Liqasından kənarda qalmasına görə futbolçuları “özünəməxsus” şəkildə cəzalandırmaq fikrinə gəliblər. Artıq bu hücumun fəsadları özünü göstərməkdədi. Portuqaliya mətbuatında yer alan məlumata görə, hadisədən dərhal sonra bir neçə futbolçu menecerləri ilə əlaqə saxlayaraq, klubla müqaviləyə təktərəfli qaydada xitam verilməsinin mümkün olub-olmaması ilə maraqlanıb. Xəbərdə həmçinin, klubun futbolçuların təhlükəsizliyinə cavabdeh olduğu, bunun öhdəsindən gələ bilmədikdə isə oyunçuların təktərəfli qaydada müqaviləni ləğv etmək hüququnun olduğu qeyd edilib.

“Sportinq”in əsas üzvlərindən Bruno Fernandes hadisədən dərhal sonra komanda yoldaşlarına “artıq bitdi, hamıya əlvida” deyərək, sağollaşıb.

Komanda daxilində ab-hava çox pisdi. Belə ki, futbolçuların “Aveş”lə ölkə kubokunun finalına çıxmaq istəmədikləri deyilir.