Futbolu buraxdı, bir neçə saat sonra fikrini dəyişdi

futbolu-buraxdi-bir-nece-saat-sonra-fikrini-deyisdi
Oxunma sayı: 661

İtaliyalı tanınmış futbolçu Antonio Kassano qəribə açıqlamaları ilə diqqət mərkəzinə düşüb.

“Qafqazinfo” Goal-a istinadən xəbər verir ki, 8 gün öncə “Verona” klubuna transfer olan 35 yaşlı futbolçu bu gün gözlənilməz şəkildə karyerasını bitirdiyini açıqlayıb.

Lakin, bu məlumatdan bir neçə saat sonra Kassano fikrini dəyişib və futbola davam etmək qərarı alıb:

“Karyeramı bitirdiyimi yalnız dostlarıma demişdim, amma çox qısa zamanda hamıya yayıldı. Lakin, klub prezidenti, baş məşqçi Fabio Peççia və həyat yoldaşımın dəstəyi ilə futbola davam etmək qərarı aldım”.

Qeyd edək ki, Kassano daha əvvəl “Roma”, “Real Madrid”, “Milan” və “İnter” kimi klubların formasını geyinib.