Füzuli Ələkbərov Facebookda

Füzuli Ələkbərov Facebookda
Oxunma sayı: 286

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo” ya daxil olan məlumata görə, əhaliyə xidmət, o cümlədən vətəndaş müraciətlərinin cavablandırılması sisteminin təkmilləşdirilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron imkanlardan da istifadə olunmaqla məqsədyönlü işlər davam etdirilir.

Bu sahədə növbəti addım kimi, Nazirliyin rəsmi facebook səhifəsi vasitəsilə də vətəndaşlara nazir və nazirliyin digər rəhbər şəxslərinə müraciət etmək imkanı yaradılır. Belə ki, mayın 24-də saat 11.00-dan 13.00-dək Nazirliyin rəsmi facebook səhifəsində (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) nazir Fizuli Ələkbərov tərəfindən vətəndaşların sualları cavablandırılacaq. Bunun üçün 22 may saat 15:00-dan-23 may saat 15:00-a kimi vətəndaşların müraciətləri qəbul ediləcək.

Qeyd edək ki, nazir və nazirliyin digər rəhbər şəxsləri tərəfindən mütəmadi olaraq müxtəlif bölgələrdə vətəndaş qəbulları, habelə videokonfrans sistemi ilə distant formada qəbullar keçirilir, eyni zamanda 142-Qaynar xətt, [email protected] və www.mlspp.gov.az sayti vasitəsilə vətəndaşların müraciətləri cavablandırılır.

Nazirliyin “Facebook” səhifəsinə daxil olmaq üçün tıklayın.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi