Füzulidə tibb işçiləri peşə bayramlarını qeyd ediblər - Foto

fuzulide-tibb-iscileri-pese-bayramlarini-qeyd-edibler
Oxunma sayı: 1375

Füzuli rayonunda tibb işçilərinin peşə bayramına həsr olunan mərasim keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, səhiyyə işçiləri əvvəlcə Horadiz şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. 

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Alı Alıyev, rayon mərkəzi xəstəxanasının Baş həkimi Natiq Şükürov və başqaları çıxış edərək, peşə bayramı münasibətilə səhiyyə işçilərini təbrik edib, məsul və şərəfli peşələrində uğurlar arzulayıblar. Çıxışlarda respublikamızda həyata keçirilən səhiyyə-tibb islahatlarından, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğıdan, əhaliyə göstərilən tibb xidmətinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edilib.

Sonda tibb işçilərinin bir qrupuna fəxri fərman təqdim olunub.

Qeyd edilib ki, Füzuli rayonunda səhiyyə obyektlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, ixtisaslı kadrlarla, müasir tibbi avadanlıqlarla təminatı istiqamətində ardıcıl tədbirlər görülür. Son illərdə rayonun Böyük Bəhmənli kəndində Tibb Mərkəzi, Zobucuq və Qayıdış qəsəbələrində xəstəxanalar inşa olunaraq ən müasir tibbi avadanlıqla təmin edilib. Hazırda Bala Bəhmənli kəndində rayon mərkəzi xəstəxanası üçün 80 çarpayılıq yeni bina tikilir.