Gəncə sakininin üzərindən 10 kilo narkotik tapıldı

gence-sakininin-uzerinden-10-kilo-narkotik-tapildi
Oxunma sayı: 973

Gəncə Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1982-ci il təvəllüdlü Vüqar Həsənov saxlanılaraq Baş Polis İdarəsinə gətirilib və onun üzərinə baxış keçirilən zaman əlində olan sintetik torbanın içərisindən ümumi çəkisi 10 kiloqram 750 qram narkotik vasitə olan “marixuana” aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.