Gəncədə atasını bıçaqlayan oğul tutulub

gencede-atasini-bicaqlayan-ogul-tutulub
Oxunma sayı: 640

Gəncədə atasını bıçaqlayan oğul saxlanılıb.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1961-ci il təvəllüdlü Bayram Yadulla oğlu Ağayev qarın nahiyəsindən bıçaqlanaraq xəstəxanaya yerləşdirilib. Aparılan araşdırmalar nəticəsində onu öz oğlu 1997-ci il təvəllüdlü Cavid Ağayev tərəfindən bıçaqladığı məlum olub. C.Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Faktla bağlı araşdırma aparılır.