Gəncədə qəzada vurulan azyaşlı da öldü - Anasından sonra

gencede-qezada-vurulan-azyasli-da-oldu
Oxunma sayı: 1238

Gəncədə yol qəzası baş verib.

“Qafqazinfo” ARB TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Yolu keçən ana və övladı “Mercedes” markalı avtomobil tərəfindən vurulub. Nəqliyyat vasitəsi daha sonra “Daewoo” markalı avtomobilə çırpılıb. Sürücü dərhal yaralıları şəhərdəki xəstəxanalardan birinə aparıb. Göstərilən tibbi yardımlara baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb. Azyaşlının vəziyyəti isə ağır qiymətləndirilir. Sürücü hadisədən sonra polisə təslim olub.

Fakt araşdırılır.

***

Gəncədə anasının qucağında avtomobillə vurulan körpə uşaq ölüb.

APA-nın məlumatına görə, Yeni Gəncə qəsəbəsində avtomobillə vurulan 4 aylıq oğlanın həyatını xilas etmək mümkün olmayıb. Onun anası, 1993-cü il təvəllüdlü Dilarə Bağırova isə aldığı xəsarətdən hadisə yerində ölüb.