Gəncəviyə həsr olunmuş tədbir - Frankfurtda

genceviye-hesr-olunmus-tedbir
Oxunma sayı: 985

Oktyabrın 11-də Almaniyanın Frankfurt-Mayn şəhərində Frankfurt Beynəlxalq Kitab Yarmarkası işə başlayıb. “Qafqazinfo”nun xəbərinə görə, Azərbaycanın ənənəvi olaraq təmsil olunduğu beynəlxalq tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarından və ölkəmizin nəşriyyat nümayəndələrindən ibarət heyət iştirak edir.

Ölkəmizin stendində Azərbaycanın dövlətçiliyi, tarixi, mədəniyyəti və turizm imkanları ilə bağlı 380 adda 700-ə yaxın nəşr məhsulları alman, ingilis və Azərbaycan dillərində ziyarətçilərə təqdim olunur.

Sərginin açılış günündə bir sıra işgüzar görüşlər keçirilib. Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dövlət katibi Ömer Arısoy nümayəndə heyəti ilə birgə Azərbaycanın pavilyonunu ziyarət edib.

Sərginin ikinci günü - 12 oktyabrda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin,  Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə milli pavilyonda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin elmi və mədəni layihələr rəhbəri Arzu Təbrizli açaraq mərkəzin fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib.