Gənclərdən Qənirə Paşayevaya mükafat

genclerden-qenire-pasayevaya-mukafat
Oxunma sayı: 645

“Qafqazinfo" xəbər verir ki, “Vətənpərvər gənc" adlı mükafat millət vəkili Qənirə Paşayeva, əməkdar artist Tünzalə Ağayeva, tanınmış modelyer Fəxriyyə Xələfova, Cabir Murtuzov, İlkin Ağayev, Aidə İmamova, Fərid Şahbazlı, Hüseyn Cavadzadə, Ələddin Əliyev, Ülkər Qasımov və Nürəddin Mehdiyevə 2 fevral Gənclər Günü ilə bağlı “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi tərəfindən “Müasir gənclik və milli şüur” mövzusunda Atatürk Mərkəzində təşkil olunmuş dəyirmi masada təqdim olunub.

Əvvəlcə TUMİB-in üzvləri və gənclər Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoyublar.
Azərbaycandakı Atatürk Mərkəzində keçirilən tədbirdə əvvəlcə dövlət himni oxunub.

Türkiyə və Azərbaycan universitetlərində təhsil alan tələbə və məzunların iştirak etdikləri “dəyirmi masa”da TUMİB-in sədri Çingiz Bayramov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Vüqar Səlimov, Milli Məclisin deputatı Qənirə Paşayeva və başqaları çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, gənc nəslə göstərilən diqqət və qayğıdan danışıblar.

Millət vəklili Qənirə Paşayeva çıxışında gənclərə Vətənimizə sahib çıxmağı, dilimizi qorumağı, sosial şəbəkələrdə Azərbaycanın gerçəklərini, tarixini, mədəniyyətini dünyaya tanıtmağı tövsiyyə edib.