Gənclərimiz erməniləri məyus etdi

genclerimiz-ermenileri-meyus-etdi
Oxunma sayı: 641

Birliyin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Səadət Zeynalovanın verdiyi “Qafqazinfo”ya verdiyi məlumata görə, Tiflisdə təşkil olunan "Bizim sakitlik üçün vaxtımız yoxdur" adlı Mədəniyyətlərarası və Dinlərarası Dialoq forumunda Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, Fillandiya, Macarıstan, İslandiya, Ermənistan, Ukraina, Rumuniya, Belçika, və Birləşmiş Krallıqdan nümayəndələr iştirak ediblər. Gənclər Forumunda müxtəlif mədəniyyətləri və dinləri təmsil edən iştirakçılar bir araya gələrək təcrübə mübadiləsi üçün platforma yaratmaq,və bu münasibətləri genişləndirməyi qərara alıblar. Həmçinin hər bir iştirakçı öz mədəniyyəti, kulinariyası ,tarixi, ədəbiyyatına aid nümunələrin sərgiləyib.

Forumunun kontekstində gənclər arasında dinlərarası və mədəniyyətlərarası təşəbbüslərinin artırılması vasitəsilə hədəf ölkələrdə gənclik milli və beynəlxalq səviyyədə nifrət və bədbəxt hadisələrin aradan qaldırıması, həmçinin bir tolerant mühitin yaradılması, insan hüquqlarının müdafiəsi, anti-diskriminasiya və anti-irqçilik fəaliyyətinə dəstək kimi məsələlər müzakirə edilib,yeni təşəbbüslər irəli sürülüb. Ş. Hacızadə İnsan hüquqları ilə bağlı fikir söyləyərkən Forum iştirakçılarına muraciət edib. Xocalıda öldürülən 613 nəfər insan hüquqlarının pozulması deyilmi? Sual qarşısında Forum iştirakçıları fakt qarşısında qalıblar.