“Gənclik Mall”da təxliyyə təlimi keçirilib

genclik-mallda-texliyye-telimi-kecirilib
Oxunma sayı: 2276

Dünən “Gənclik Mall” Ticarət Mərkəzində insanların təxliyə edilməsi və təhlükəsizliklərinin təmin olunması məqsədli “Təlim” həyata keçirilib. Təlimlə bağlı aidiyyəti qurumlara məlumat verilib və təlim “Gənclik Mall” Ticarət Mərkəzi tərəfindən hazırlanmış “Fövqəladə Plan və Prosedurlar” planına əsasən keçirilib.  

"Qafqazinfo" xəbər verir ki, təlimin əsas məqsədi ticarət mərkəzində çalışan işçi heyəti və bu zaman ticarət mərkəzində olan müştərilərə fövqaladə hal zamanı, yəni, yanğın hadisəsi baş verdikdə davranış qaydalarını bir daha xatırlatmaq olub.

Səhər saatlarında keçirilən təxliyyə təlimi zamanı təhlükə siqnalını eşidən hər kəs ticarət mərkəzi binasını yanğın çıxışları vasitəsilə tərk etməli idi. Ticarət mərkəzində çalışanlar binanı işlədikləri dükana yerləşən ən yaxın yanğın çıxışı vasitəsilə tərk etməli və xüsusi olaraq ayrılmış olduğu 3-4 toplanma məntəqəsindən birində toplanmalı idilər. Müştəriləri isə ticarət mərkəzinin təhlükəsizlik xidmətinin əməkdaşları yanğın çıxışlarına yönlədirək onları təhlükəsiz zonaya cıxmaları üçün köməklik göstəriblər.   

Həmin vaxta mərkəzdə təxminən iki minə yaxın adam olub, onların da hamısı 8 dəqiqə ərzində binanı tərk ediblər. Yanğın həyacanı xəbəri verildikdən sonra Mərkəzdə mövcud olan bütün yanğından müdafiə sistemləri işə düşüb və hamısının işlək vəziyyətdə olduğu müşahidə edilib.Təxliyyə təlimində ticarət mərkəzinin təhlükəsizlik xidməti əməkdaşları binada heç kimin qalmadığına əmin olduqdan sonra özləri də təlimata uyğun olaraq sonda binanı tərk ediblər.

Təlim zamanı Mərkəzdə yanğın həyacanını bildirən radioxəbərvericisi vasitəsilə insanlar xəbərdar edilib və təlim başa çatana qədər xəbəretmə prosesi davam edib. Təlimin bitdiyi elan edildikdən sonra isə ticarət mərkəzi normal qaydada iş rejiminə davam edib.

Təlimdə Fövqəladə hallar nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin məsul şəxsləri də iştirak edib və təxliyənin idarə olunması işləri ilə tanış olublar. Təlimdən sonra Gənclik Mall-un rəhbərliyi və yanğın nəzarəti xidmətinin əməkdaşları təlimdə iştirak edən işçilərlə görüş keçirib, keçirilmiş təlim geniş müzakirə edilib. 

Qeyd edək ki, təxliyyə ilə bağlı təlimlər il ərzində 2 dəfə həyat keçirilir. Təxliyyə təlimlərinin əsas məqsədi ticarət mərkəzi ərazisində çalışan işçi heyətinin baş verə biləcək fövqaladə hallarda hazırlıqlı olmaları, hər hansı bir hal baş verərsə bu zaman nə etməli olduqlarını bilmələri, ticarət mərkəzində mövcud ehtiyat və yanğın çıxışlarını tanımalıdır.

Bir də bir faktı da qeyd edək ki, ticarət mərkəzinə gələn insanlar həyacan siqnalını eşitdikdə aktiv olsunlar və binada olan “Çıxış”lara doğru hərəkət etsinlər.