“Gömrük rüsumu ilə bağlı da SMS-lə məlumat veriləcək”

gomruk-rusumu-ile-bagli-da-sms-le-melumat-verilecek
Oxunma sayı: 1668

Sahibkarlara malların idxalı zamanı SMS-lə bildirişlərin göndərilməsi xidmətinin tətbiqinə başlanılıb.

 "Qafqazinfo" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsində Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abbasov deyib.

Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsində vahid SMS-məlumatlandırma sistemi yaradılıb: "Belə ki, may ayıın 29-dan tətbiqinə başlanılan sistemə əsasən hazırda sahibkarlara idxal zamanı yük gömrük ərazisinə daxil olduqda və təyinat nöqtəsinə çatdıqda SMS vasitəsilə bildiriş göndərilir. Təkmilləşdirmə işləri aparıldıqdan sonra yüklərin sənədləşdirilməsi, ödəniləcək gömrük rüsumu ilə bağlı da SMS-lə məlumat veriləcək".

Günel Türksoy