Qəzada yaralanan qadın öldü - Yenilənib

qezada-yaralanan-qadin-oldu
Oxunma sayı: 2434

Göranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, "Chery" markalı avtomobillə "Niva" markalı maşının toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Yaralılar "Chery" markalı avtomobilin sürücüsü və onun sərnişinləri, biri azyaşlı olmaqla iki qadındır. Qadınların Rusiya vətəndaşı olduğu bildirilir.

***

Xəstəxanaya yerləşdirilən Rusiya vətəndaşı 1964-cü il təvəllüdlü Məcnunbəyova Dinara Çingiz qızı həkimlərin yardımına baxmayaraq dünyasın dəyişib. Qəzada xəsarət alan azyaşlı isə Bakıdakı xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli