Goranboyda silahlı insident - 1-i polis olmaqla 3 nəfər yaralandı

goranboyda-silahli-insident
Oxunma sayı: 3979

Goranboyda baş verən silahlı insident nəticəsində üç nəfər xəsarət alıb. Hadisə rayonun Goran qəsəbəsində olub.

"Qafqazinfo" Bakipost-a istinadən xəbər verir ki, hadisə nəticəsində Kəlbəcər rayon sakini, 1986-cı il təvəllüdlü Kərimov Vüsal Əlövsət oğlu, Goranboy rayon sakini, 1999-cu il təvəllüdlü Əmrahov Təbriz Xaliq oğlu və Goranboy rayon Boluslu kənd sakini, 1994-cü il təvəllüdlü Həsənov Səfər Nəsir oğlu xəsarət alıblar. Hadisənin Vüsal Kərimovla Təbriz Əmrahov arasındakı mübahisə zəminində baş verdiyi bildirilir.

Məlumata görə, V.Kərimov polis leytenantı, hadisənin digər iştirakçısı Səfər Həsənov isə Goran qəsəbəsində mühafizə xidməti əməkdaşıdır. Yaralılar Goranboy rayon xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma başlanılıb.