Goranboyda yanğın olub

goranboyda-yangin-olub
Oxunma sayı: 646

Goranboyda taxıl sahəsində yanğın baş verib.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayonun Aşağı Ağcakənd kəndində bələdiyyəyə məxsus ərazidə 15 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.

Yanğın saat 14:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.