Göyçayda yarım ton yararsız ət tapıldı

goycayda-yarim-ton-yararsiz-et-tapildi
Oxunma sayı: 1415

Daxili İşlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi noyabrın 15-də Göyçay rayonu ərazisində birgə əməliyyat keçirib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, saat 7 radələrində Göyçay rayonu ərazisində Mingəçevir şəhər sakini Məhəmməd Mehdiyevin idarə etdiyi “QAZ-3110” markalı avtomobilin yük yerindən mənşəyi bilinməyən, çəkisi 500 kiloqram ət aşkar edilərək götürülüb.

Ətdən götürülmüş nümunələr ekspertiza keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.