Göygöldə transformator, Abşeronda mağaza, Ağdamda kafe yandı

goygolde-transformator-abseronda-magaza-agdamda-kafe-yandi
Oxunma sayı: 1339

Göygöl, Abşeron və Ağdamda yanğın olub.

"Qafqazinfo"nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, Göygöl rayonunun Quşqara kəndində transformatorun yanar hissələri yanıb. Yaxınlıqdakı orta məktəb yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Abşeron rayonunun Məmmədli kəndində ümumi sahəsi 20 m² olan tikilinin (mağaza kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və 2 ədəd məişət avadanlığı yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Ağdam rayonunun Xındırıstan kəndində ümumi sahəsi 80 m² olan ikimərtəbəli tikilinin (kafe kimi fəaliyyət göstərir) 1-ci mərtəbəsinin yanar konstruksiyaları 50 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.